Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 6 işçinin meyiti tapılıb - YENİLƏNİB
Xilasedicilər Qazaxıstanın Ulitau vilayətində çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərinin axtarışı isə davam edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.
***
23:25
Qazaxıstanın Ulitau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.
Sizinxeber.az xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 17-də Ulitau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.
Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Oxşar xəbərlər
Qazaxıstanda mədəndə çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib
Qazaxıstanda 7 mədənçi uçmuş şaxtanın altında qalıb - YENİLƏNİB
Rusiyada helikopter qəzası nəticəsində ölənləri sayı 4-ə yüksəlib - YENİLƏNİB
Sumqayıtda mənzildə meyiti tapılan şəxsin kimliyi məlum olub - Yenilənib
Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!












