Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb  - YENİLƏNİB 1
sizinxeber.az xəbər saytı

Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb - YENİLƏNİB 1


Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyanın Moskvadakı partlayışda ağır yaralandığı məlum olub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları Sarkisyanın partlayışda ölmədiyini, lakin ağır yaralandığını təqsidləyiblər.


Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli sui-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar. Daha sonra Rusiya KİV-ləri Sarkisyanın ölmədiyini, ağır yaralandığını bildiriblər.İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.

Rusiya teleqram kanallarının yaydığı son məlumata görə, partlayıcı qurğunun qəlpələri Sarkisyanın bir ayağını qoparıb. Hazırda onun komada olduğu bildirilib.

12:01

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.


Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

11:20

Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Oxşar xəbərlər

Moskvada yaşayış kompleksində baş verən hadisənin səbəbi bəlli olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada avtomobil partladılıb, yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər