Hakan Fidan: Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfimizdir
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfimizdir


Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün problemləri sistemli şəkildə aradan qaldıracağıq.

Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Qırğızıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfdir.

Nazir vurğulayıb ki. Türkiyə hökumətinin bütün qurumları Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində koordinasiyalı fəaliyyət göstərir.

Hakan Fidan qeyd edib ki, Xarici İşlər Nazirliyi Aİ ilə əlaqələrin koordinasiyasına cavabdeh qurum kimi həm tam üzvlük prosesinin, həm də mövcud əməkdaşlıq mexanizmlərinin daha da irəli aparılması üçün işlərini davam etdirir.

Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlərin əksəriyyəti ilə Türkiyənin ikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərində ciddi problem yoxdur: “Gözləntimiz odur ki, bu istiqamətdə vahid yanaşma formalaşsın. Biz də Avropa İttifaqı ilə əlaqələrin koordinasiyasına cavabdeh nazirlik olaraq həm üzvlük prosesini, həm də davam edən münasibətləri yaxşı şəkildə irəli aparmaq üzərində çalışırıq”.

Oxşar xəbərlər

Hakan Fidan Aİ-nin yüksəkvəzifəli rəsmilərini qəbul edib - FOTO
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Sergey Narışkin Hakan Fidanla görüşdüyünü açıqlayıb
Hakan Fidan Rubioya davamlı sülh üçün Türkiyənin hər cür dəstəyə hazır olduğunu deyib
Hakan Fidan hollandiyalı həmkarı Kaspar Veldkampla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər