Kreml: Putinə sui-qəsd hazırlığı ilə bağlı sübutsuz iddialara inanmaq olmaz
Kreml amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlaması ilə bağlı bəyanatını növbəti dəfə şərh edib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Karlsonun məlum iddiasına sübut təqdim etmədiyini, belə məlumatlara inanmamağın daha yaxşı olduğunu söyləyib.
“Bilirsiniz, biz Karlson bu barədə danışarkən onun nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib və ona görə də onun dediklərini şərh etmək iqtidarında deyiləm. Çünki nəyin nəzərdə tutulduğu bəlli deyil. İndi elə vaxtdır ki, dəlilsiz, kim olursa olsun, heç kimin sözünə inanmamaq daha yaxşıdır”, deyə Peskov vurğulayıb.
Oxşar xəbərlər
Kreml Baydenin Putini öldürtmək niyyəti ilə bağlı Taker Karlsonun sözlərini şərh edib
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb
Kreml Baydenin Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələrinə icazə verməsinə dair məlumatlara münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













