BMT-nin baş katibi İrakli Kobaxidzeni təbrik edib
BMT-nin baş katibi Antonio Quterreş İrakli Kobaxidzeni yenidən Gürcüstanın baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə BMT baş katibinin təbrik məktubunda deyilir.
Məktubda qeyd edilib ki, BMT təşkilatın dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Gürcüstan hökuməti ilə gələcək əməkdaşlığı səbirsizliklə gözləyir.
"Xüsusilə Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi Cenevrə Beynəlxalq Müzakirələri və münaqişədən təsirlənmiş əhaliyə yardım vasitəsilə regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi prioritet olaraq qalacaq", - deyə Antonio Quterreşin məktubunda deyilur.
Antonio Quterreş məktubda dinc dialoqun təşviqi üzrə səyləri dəstəklədiyini qeyd edib.
"Mən dinc dialoqun təşviqi, qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarına hörmətin təmin edilməsi üçün bütün səyləri dəstəkləyirəm. Bundan əlavə, mən sizi hökumətinizdə və yüksək vəzifələrə təyinatlarda gender bərabərliyinə üstünlük verməyə çağırıram", - deyə məktubda qeyd olunub.
Oxşar xəbərlər
Əli Əsədov İrakli Kobaxidzeni təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Si Cinpin BMT baş katibi Antonio Quterreş ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT Baş katibi Antonio Quterreş Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












