Əli Əsədov İrakli Kobaxidzeni təbrik edib
sizinxeber.az xəbər saytı

Əli Əsədov İrakli Kobaxidzeni təbrik edib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.

Oxşar xəbərlər

Əli Əsədov Gürcüstanın Baş nazirnə təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər