Rusiya və İran arasında imzalan sənədin hərbi və təhlükəsizliyə dair müddəları məlum olub
sizinxeber.az xəbər saytı

Rusiya və İran arasında imzalan sənədin hərbi və təhlükəsizliyə dair müddəları məlum olub


Rusiya və İran arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəaları məlum olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, sənədin birinci maddəsində qeyd olunub ki, müqavilədə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında bənd mövcuddur.

Üçüncü maddədə göstərilir ki, tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir köməklik göstərməməlidir, mövcud fikirayrılıqlarının BMT nizamnaməsi və digər beynəlxalq hüquq normalarının tətbiqi ilə nizamlanmasına yardım edəcək.

"Rusiya Federasiyası və İran razılaşdılar ki, tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməyəcək;

Rusiya və İran təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;

Rusiya və İran kəşfiyyat orqanları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər;

Rusiya və İran təbii və texnogen fəlakətlər zamanı bir-birinə yardım edəcək;

Rusiya Federasiyası ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş avtomatik olaraq sonrakı 5 illik dövrlərə uzadılmaqla 20 il müddətinə bağlanır", Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəalarında qeyd olunub.

Oxşar xəbərlər

Rusiya və KXDR arasında Sazişin mətni açıqlanıb: Ölkələrdən birinə silahlı hücum olarsa, digəri dərhal hərbi və digər yardım göstərəcək
İran və Rusiya arasında hərtərəfli razılaşma sazişində müdafiə məsələləri də yer alacaq
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Lavrov Rusiya və İran arasında bağlanacaq sazişin imzalanmağa hazır olduğunu bildirib
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər