Rusiya və KXDR arasında Sazişin mətni açıqlanıb: Ölkələrdən birinə silahlı hücum olarsa, digəri dərhal hərbi və digər yardım göstərəcək
Rusiya və Şimali Koreya (KXDR) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi dərc olunub.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya və KXDR tərəfindən ratifikasiya olunan sənədin əsas müddəaları açıqlanıb.
Sazişə əsasən, Moskva və Pxenyan suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsiplərinə qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı dəstəkləyir.
Tərəflər qlobal strateji sabitlik və yeni, ədalətli dünya nizamı üçün çalışırlar.
Əgər silahlı təcavüz təhlükəsi yaranarsa, dərhal ikitərəfli məsləhətləşmələr aparılır.
Tərəflərdən birinə hücum olarsa, digəri imtiyazında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək.
Rusiya və KXDR bir-birinin “əsas maraqlarına” qarşı yönəlmiş müqavilələr bağlamamağı öhdəsinə götürür və öz ərazilərindən qarşı tərəfin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaq üçün istifadə edilməsinə imkan vermir.
Tərəflər beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də əməkdaşlıq edirlər.
Rusiya Federasiyası və Şimali Koreya müdafiə qabiliyyətini gücləndirməkdən ötrü birgə fəaliyyət göstərmək üçün mexanizmlər yaradır.
Tərəflər ticarət-iqtisadi, investisiya və elmi-texniki sahələrdə əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verirlər. Kosmik, nüvə enerjisi, biologiya, süni intellekt və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq xüsusilə təşviq edilir.
Moskva və Pxenyan birtərəfli sanksiyalara qarşı çıxır və onları bir-birinə tətbiq etməməyi və bu cür tədbirlərə qoşulmamağı öhdəsinə götürür.
Müqavilə qeyri-müəyyən müddətə qüvvədədir. Tərəflərdən biri ondan çıxmaq istəsə, yazılı bildiriş göndərir və bundan bir il sonra müqavilə qüvvəsini itirir.
Oxşar xəbərlər
Duma Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin KXDR ilə Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini Dumaya təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: KXDR ilə Strateji Tərəfdaşlıq Sazişi Avrasiyada sabitləşdirici rol oynamağa hesablanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Qərb ölkələrinin hərbçiləri çoxdan Ukraynadadırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












