Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada açılmış cinayət işini İstintaq komitəsinin Baş idarəsi aparacaq
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Çeçenistan Respublikasına səfər edərək Qroznı şəhərində əməliyyat müşavirəsi keçirib.
Sizinxeber.az-nın Rusiya bürosu İstintaq Komitəsinə istinadən xəbər verir ki, Bastrıkinə “Azərbaycan Hava Yolları” QSC-nin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında göyərtəsində Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının olduğu təyyarənin qəzaya uğramasının şəraitinin araşdırılması barədə məlumat verilib.
Bildirilib ki, məlum hadisə ilə əlaqəda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə təhvil verilib.
İstintaq-əməliyyat qrupu yaradılıb ki, onun da tərkibinə müstəntiqlər, kriminoloqlar və təyyarə qəzalarının təhqiqatında təcrübəsi olan ekspertlər daxildir.
Cinayət işi çərçivəsində hadisənin baş vermə şəraiti və təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün bütün lazımi tədbirlər görülür", deyə RF İstintaq Komitəsinin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Təyyarə qəzası ilə bağlı cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına tapşırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada avtomobil partladılıb, yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Baş Prokurorluğu AZAL-a məxsus təyyarənin qəzasının səbəblərinin təhqiqatını xüsusi nəzarətdə saxlayır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












