Şoltsun Moskvaya səfəri gözlənilir, Peskov məsələyə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Şoltsun Moskvaya səfəri gözlənilir, Peskov məsələyə münasibət bildirib


Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilən Almaniya kansleri Olaf Şolts sülh missiyası ilə Moskvaya gələ bilər.

Sizinxeber.az xəbər verir ki, bu haqda “Der Spigel” jurnalı məlumat verib və bildirib ki, Şoltsun özü hələ məsələ ilə bağlı heç nə vəd etməyib.

Nəşrin yazdığına görə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri qəti əmindirlər ki, kansler yaxın günlərdə Moskvaya sülh missiyası ilə gedəcək.

Bu məlumat Xristian Demokrat İttifaqı (XDİ) partiyasının bəzi üzvləri tərəfindən deyilib.

Məsələyə aydınlıq gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Almaniyadan Şoltsun ​​mümkün səfəri ilə bağlı heç bir açıqlama və ya təklif almadıqlarını deyib.

Oxşar xəbərlər

Peskov Almaniya kanslerinin Moskvaya səfəri məsələsinə aydınlıq gətirib
Peskov: Kreml Şoltsun Ukrayna ilə bağlı “sülh planı”nı mediadan eşidib
Şolts: Almaniya Ukraynanı Moskvaya çata biləcək qanadlı raketlərlə təmin etməyəcək
KİV: Şoltsun partiyasının reytinqi düşməyə davam edir
KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle