ABŞ şirkəti Ukraynanın dəniz pilotsuz aparatlarının seriyalı buraxılışı ilə məşğul olacaq
ABŞ şirkəti Ukraynanın dəniz pilotsuz aparatlarının seriyalı buraxılışı ilə məşğul olacaq
Oreqon ştatının Portlend şəhərində yerləşən Amerikanın "ReconCraft" şirkəti Ukraynanın "Magura" dəniz pilotsuz aparatlarının seriyalı buraxılışı ilə məşğul olacaq.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, xüsusi təyinatlı bölmələr üçün gəmilərin yaradılması üzrə ixtisaslaşan "ReconCraft" ilə Ukraynanın "Uforce" müəssisəsi arasında müqavilə ötən həftə bağlanıb.
Amerika şirkətinin həmtəsisçisi Co Silkovski qeyd edib ki, şirkət hər il yüzlərlə və hətta minlərlə ekipajsız kater istehsal etməyi hədəfləyir. Tərəflər arasındakı razılaşmanın maliyyə şərtləri məxfi olaraq qalır.
Nəşr bildirir ki, ABŞ Müdafiə Nazirliyi yaxın illərdə döyüş platformalarının alınmasına on milyardlarla dollar yönəltməyi planlaşdırır
