sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kreml: Suriya müxalifəti Rusiyanın hərbi bazalarının təhlükəsizliyinə zəmanət verib
Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olan Bəşər Əsəd dünən, dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.
Əsəd prezident postunu və Suriyanı tərk edib. Onun təyyarə qəzasında həlak olduğuna dair müxtəlif məlumatlar yayılıb.
Lakin axşam saatlarında TASS Kremlə istinadən Rusiyanın Əsədə sığınacaq verdiyini və Bəşər Əsədin ailəsi ilə birlildə Moskvada olduğu haqqında məlumat yayıb.
Oxşar xəbərlər
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır
Əsəd ailəsi ilə Rusiyadadır
Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib
Suriya müxalifəti Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib
KİV: Bəşər Əsəd Moskvadadır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













