Rusiyada uşaqlara alışqan satışı qadağan edilib
sizinxeber.az xəbər saytı

Rusiyada uşaqlara alışqan satışı qadağan edilib


Rusiya prezidenti Vladimir Putin tərkibində mayeləşdirilmiş karbohidrogenlər olan məət cihazlarının uşaqlara satışını qadağan edən qanunu imzalayıb.

Sizinxeber.az xəbər verir ki, müvafiq qanunu əks etdirən sənəd hüquqi informasiya portalında dərc olunub.

Qanunun mətnində qeyd olunur ki, hökumət yetkinlik yaşına çatmayanlara satışı qadağan edilən qaz tərkibli məhsulların siyahısını müəyyən etməlidir.

Bundan əlavə, sənəd uşaqlar arasında belə məhsullardan istifadəni təşviq edən məlumatların yayılmasını da qadağan edir.

Oktyabr ayında bir qrup deputat uşaqlara alışqan, onları doldurmaq üçün olan (qaz dolu) balonlar və digər qaz tərkibli məət əşyalarının satışına qadağa qoyulmasını təklif etmişdi.

Qeyd olunur ki, bu əşyalar çox vaxt təhlükəli oyunlar və toksikomaniya üçün istifadə olunur.

Oxşar xəbərlər

Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb
Gürcüstan parlamentinin spikeri LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalayıb
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
Rusiyada narkotik vasitələrin təbliğatını qadağan edən qanun təsdiqlənib
Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər