Rəsmi Moskva: COP-un ilk dəfə MDB məkanında, Bakıda keçirilməsi xüsusi ilə vacib məqamdır
Rusiya Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP29-un keçirilməsini alqışlayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanın COP29-un sədri kimi səylərini yüksək qiymətləndirib:
“BMT-nin böyük iqlim tədbiri tarixində ilk dəfədir ki, MDB məkanında, bilavasitə Cənubi Qafqazda keçirilir. Bu xüsusilə vacib məqamdır. Nəyə görə bu vacibdir? Ona görə ki, bu ərazilərin iqlim proseslərinə öz unikal spesifik təsiri var. Lakin bununla belə, təəssüflər olsun ki, BMT tərəfindən bu regiondakı iqlim proseslərinə digər regionlarla müqayisədə daha ciddi diqqət yetirilir. Ona görə də biz ənənəvi olaraq MDB ölkələrində əhəmiyyətli tədbirlərin keçirilməsini dəstəkləyirik. Biz belə tədbirləri qəbul etməyi bacarırıq. Bizim azərbaycanlı həmkarlarımız növbəti dəfə bunu nümayiş etdirdilər. O ki qaldı Azərbaycanın sədrliyinin təşəbbüslərinə, Rusiya bu təşəbbüslərin çoxuna qoşulub. Bakının təkliflərini ağıllı və vaxtında irəli sürülmüş hesab edirik”,- deyə Rusiya XİN sözçüsü fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Rusiya XİN: Azərbaycanda keçiriləcək COP29-da ciddi müzakirələr aparılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva İsrailin Dəməşqə hücumunu pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Moldovanın rumınlaşdırılması prosesi gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












