Özbəkistanda respublika parlamentinə seçkilər başa çatıb
Özbəkistan parlamentinin qanunvericilik palatasına deputatların seçkiləri üzrə seçki məntəqələri yerli vaxtla saat 20:00-da ölkə ərazisində bağlanıb.
APA xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat verib.
“Daşkənd vaxtı ilə saat 20:00-da ölkə üzrə bütün 10 971 seçki məntəqəsi bağlanıb” - mətbuat xidmətinin nümayəndəsi bildirib.
Bundan əvvəl bildirilib ki, bu parlament seçkiləri zamanı ümumilikdə 11 028 yerli seçki məntəqəsi, o cümlədən respublikanın xaricdəki diplomatik nümayəndəliklərində 57 məntəqə açılıb.
Özbəkistan xarici işlər nazirinin birinci müavini Bahromjon Aloev MSK-nın mətbuat mərkəzində keçirdiyi brifinqdə bildirib ki, oktyabrın 28-də ABŞ-da yerli vaxtla saat 05:00-da respublikanın Zakçamta seçkiləri üzrə sonuncu seçki məntəqəsi bağlanacaq.
Saat 17:00-a olan məlumata görə, seçkilərdə 14 264 994 seçici və ya 71,52% səs verib. Bunu mətbuat mərkəzində keçirdiyi brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Baxrom Kuçkarov deyib.
Oxşar xəbərlər
Bu gün Litvada parlament seçkiləri keçirilir, 71 yer uğrunda 699 namizəd yarışır
Bolqarıstanda növbədənkənar parlament seçkiləri üçün səsvermə başlayıb
Əlcəzairdə prezident seçkiləri başlayıb
MSK: Saat 10:00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub
MSK-nın nümayəndə heyəti Özbəkistan Ali Məclisinə seçkiləri müşahidə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












