Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışıb
sizinxeber.az xəbər saytı

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışıb


“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Çin sədri Si Cinpin BRİKS ölkələrinin Kazan sammitində bildirib.

Çinin lideri deyib ki, maraqlı tərəflər regionda de-eskalasiya üçün səyləri artırmalıdır.

O, eyni zamanda mümkün müharibələrin qarşısını almaq üçün ümumi təhlükəsizlik konsepsiyasının vacibliyini vurğulayıb. Si Cinpinin sözlərinə görə, Afrika, Latın Amerikası, Karib hövzəsi və bir sıra Asiya dövlətlərinin dünya siyasətinə təsirinin artırılması üçün tədbirlər görülməlidir.

Qeyd edək ki, bir qədər əvvəl BRİKS-ə üzv dövlətlərin Ukrayna məsələsinə dair bəyanat qəbul edəcəyi açıqlanıb.

Oxşar xəbərlər

BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar
Si Cinpin Rusiyaya səfər edəcək
Çin və Cənubi Afrika BRİKS çərçivəsində əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını açıqlayıblar
Rusiya və Çin Si Cinpinin BRİKS sammitində iştirakı məsələsi üzərində işləyirlər
Ukrayna Çinin XİN başçısını Kiyevə dəvət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər