Putin və Vuçiç Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər
Rusiya və Serbiya prezidentləri arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vladimir Putin Aleksandr Vuçiçlə telefon danışığı zamanı Belqradın nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.
İkitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi əhval-ruhiyyəsi təsdiqlənib.
Vuçiç Rusiya Federasiyasının Serbiyanın ərazi bütövlüyü məsələlərində tutduğu prinsipial mövqeyə görə Putinə təşəkkür edib.
Ukrayna ətrafında vəziyyət müzakirə olunub. Putin xüsusi hərbi əməliyyatın gedişatını qiymətləndirib.
Rusiya və Serbiya dövlət başçıları şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Putin Tokayevlə telefonla danışıb
Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir
Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb - YENİLƏNİB
Putin Hindistanın Baş naziri ilə telefonla danışıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
