Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - VİDEO - YENİLƏNİB
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən görüşün protokol hissəsində Putin və Paşinyan çıxış ediblər.
Rusiya prezidenti çıxışında bildirib ki, Ermənistan baş naziri ilə ikitərəfli görüşdən əvvəl təkbətək görüş keçirib və iki ölkə arasındakı hazırki məsələləri müzakirə edib. Putin qeyd edib ki, müzakirələrə iqtisadi xarakterli məsələlərdən başlamaq daha məqsədəuyğundur. O, iki ölkə arasında ticarət iqtisadi əməkdaşlığın olduqca uğurlu inkişaf etdiyini, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin ötən il 7.4 mlrd dollar olduğunu, bu ilin ilk altı ayında bu göstəricinin 2.5 dəfə artdığını və 8.3 mlrd dolları ötdüyünü söyləyib:" Əgər bu temlə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 mlrd dollar olacaq. Bu rekord göstəricidir".
***
14:29
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Kremldə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirir. Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüş artıq baş tutub.
Oxşar xəbərlər
Nikol Paşinyan Vladimir Putinlə görüşmək üçün Kremlə gəlib - VİDEO
Putin Azərbaycana səfər təəssüratları barədə Paşinyanı məlumatlandırıb
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib
Putin: Durovun Bakıda olduğunu bilmirdim, istəyirdisə, Moskvada görüşə bilərdik
Putin Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













