Rusiyada "Quran"ı yandıran şəxsə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb
Rusiyada ötən il "Quran"ı yandırmaqda təqsirli bilinərək 3 il yarım azadlıqdan məhrum edilən Nikita Juravelə qarşı dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb.
Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş Volqoqrad sakini Nikita Juravelə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs messencer vasitəsilə fəal şəkildə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. 2023-cü ilin martında Juravel ona Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını, hərbi təyyarələrini daşıyan qatarın videoyazılarını, habelə hərbi hissələrdən birinin xidməti maşınının hərəkəti ilə bağlı məlumatları göndərib.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün Volqoqrad Vilayət Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
İki əsgərin Laçında itkin düşərək ölməsi ilə bağlı həbs edilən hərbçilər işgəncə və digər cinayətlərdə ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti təmin olunmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş vəkil məhkəmə zalında həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hədə-qorxu ilə tələb etmədə ittiham olunan hüquqşünas Yaşar Ağazadənin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













