Kreml Tramp və Harrisi Rusiya Prezidentinin adından istifadə etməməyə çağırıb: Xoşumuza gəlmir
Kreml ABŞ prezidentliyinə namizədləri Rusiya prezidentinin soyadından istifadə etməməyə çağırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris arasında keçmiş debatı şərh edərkən bildirib.
O, ABŞ prezidentliyinə namizədlərin Putinin soyadından ölkədə daxili siyasi mübarizədə alətlərdən biri kimi istifadə etməkdə ittiham edib.
“Təbii ki, hər iki namizədin prezidentimizin adını çəkdiyini, ölkəmizin adını çəkdiyini müşahidə etdik. Putinin soyadı ABŞ-nin daxili siyasi mübarizəsində alətlərdən biri kimi istifadə olunur. Bu, həqiqətən də xoşumuza gəlmir və hələ də ümid edirik ki, prezidentimizin adını rahat buraxacaqlar”, - Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, Tramp debat zamanı Putin və Rusiyanın adını 15 dəfədən çox çəkib, Harris isə Putinin adını 4 dəfə xatırladıb.
Oxşar xəbərlər
Kreml: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir
Peskov: Kreml Pavel Durovun neçə vətəndaşlığa malik olduğunu bilmir
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Kreml: Putinin Türkiyəyə səfər tarixi hələ razılaşdırılmayıb
Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













