Kreml: Trampın Üçüncü Dünya müharibəsi ilə bağlı narahatlığı başa düşüləndir
“ABŞ prezidentliyinə namizəd Donald Trampın Üçüncü Dünya müharibəsi təhlükəsi ilə bağlı narahatlığı başa düşüləndir. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu və Kiyevin digər hücumları vəziyyəti son həddə qədər gərginləşdirir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, kollektiv Qərb adlanan ölkələrin bir çoxunun bu münaqişəyə dərindən qarışdığını və birbaşa iştirak etdiklərini qeyd edib.
“Kursk vilayətində olduğu kimi bu cür hücumlar, əlbəttə ki, gərginliyi son həddə çatdırır. Ona görə də narahatlığa əsas var və bu halda belə həyəcanverici bəyanatlara anlayışla yanaşmaq olar”, - Kreml rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Kreml: Kurska edilən hücuma mütləq cavab veriləcək
Kreml Kurska çağırışçıların göndərilməsi ilə bağlı məlumatlara şərh verməkdən yayınıb
Peskov: Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib
Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
