Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə endirdiyi zərbə nəticəsində 5 mülki şəxs həlak olub
sizinxeber.az xəbər saytı

Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə endirdiyi zərbə nəticəsində 5 mülki şəxs həlak olub


Ukraynanın gecə saatlarında Belqorod vilayətinin Rakityanski rayonunu atəşə tutması nəticəsində 5 nəfər həlak olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə rayon rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında danışıb.

“Rakityanski rayonu atəşə tutulub. 12 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır, O cümlədən 16 yaşlı qız əməliyyatdan sonra Uşaq Rayon Xəstəxanasında reanimasiyadadır”, - deyə o qeyd edib.

Qladkov əlavə edib ki, hazırda həkimlər zərərçəkənləri stabilləşdirmək üçün hər şeyi edirlər: “Lazım gələrsə, Moskvaya müalicəyə göndəriləcəklər”.

Oxşar xəbərlər

Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər