Ermənistan Konstitusiya Məhkəməsi seçki iddiaları üzrə qərarı iyulun 4-də açıqlayacaq
sizinxeber.az xəbər saytı

Ermənistan Konstitusiya Məhkəməsi seçki iddiaları üzrə qərarı iyulun 4-də açıqlayacaq


Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin parlament seçkilərinin nəticələrinə etirazla bağlı təqdim etdiyi iddialara baxışı başa çatdırıb.

“Sputnik Armenia”nın xəbərinə görə, Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, qərar iyulun 4-də günün sonunadək elan ediləcək.

Onun sözlərinə görə, məhkəmə qərarın elan olunacağı vaxt barədə prosesdə iştirak edən bütün tərəfləri vaxtında məlumatlandırmağa çalışacaq ki, onlar Konstitusiya Məhkəməsinə gələrək qərarın elanında iştirak edə bilsinlər.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi işin baxışına iyunun 26-da başlayıb.

Oxşar xəbərlər

Ermənistanın Konstitusiya Məhkəməsi işçi qrupun reqlamentini təsdiqləyib
Cənubi Koreya Prezidenti impiçment işi üzrə qərarın elan edilməsi zamanı məhkəmədə olmayacaq
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb
Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların Əsasnaməsinin baxılma tarixini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər