Cənubi Koreya Prezidenti impiçment işi üzrə qərarın elan edilməsi zamanı məhkəmədə olmayacaq
sizinxeber.az xəbər saytı

Cənubi Koreya Prezidenti impiçment işi üzrə qərarın elan edilməsi zamanı məhkəmədə olmayacaq


Koreya Respublikasının Prezidenti Yun Sok Yol onun impiçment işi üzrə Konstitusiya Məhkəməsinin qərarının açıqlanmasında iştirak etməməyə qərar verib.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının hüquqşünasları məlumat yayıb.

"Prezident sabah - qərarın elan ediləcəyi gün prosesdə iştirak etməməyə qərar verib. Prezidentin təhlükəsizliyi və mühafizəsi ilə bağlı məsələlər nəzərə alınıb", - bəyanatda bildirilib.

Konstitusiya Məhkəməsi aprelin 4-də Prezidentin işi üzrə qərarını açıqlayacaq. Parlament ötən ilin 14 dekabrında ona impichment elan edib. Konstitusiya Məhkəməsi Yun Sok Yolu ya hakimiyyətdən tamamilə kənarlaşdıra ya da vəzifəsinə bərpa edə bilər.

Oxşar xəbərlər

İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb
Cənubi Koreya Konstitusiya Məhkəməsi cümə günü prezidentin impiçmenti ilə bağlı qərar çıxaracaq
Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidentin impiçmentini müzakirə edəcək
Cənubi Koreya prezidenti üçün impiçment proseduruna başlanılıb - YENİLƏNİB
KİV: Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini ləğv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər