Lavrov: MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir
MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən yaxşı gəlir.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qərb ölkələrinin metodları MDB ölkələri tərəfindən rədd olunur.
“Mən sizə deyə bilərəm ki, biz bunun öhdəsindən yaxşı gəlirik. Qərbin tətbiq etdiyi üsullar bütün digər dövlətlər, o cümlədən postsovet məkanı dövlətləri tərəfindən rədd edilir. İki tam müstəqil ölkənin bir-biri ilə münasibətlər qurması kiminsə xoşuna gəlməyəndə tətbiq olunan ikinci, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər... Bunların əlbəttə ki, beynəlxalq hüquqa heç bir aidiyyəti yoxdur” – deyə Rusiya XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Lavrov: Moskva istənilən ssenariyə hazırdır
Sergey Lavrov Xəzəryanı dövlətlərin səfirləri ilə görüşüb
Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb, Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Lavrov: Hindistan və Braziliya BMT TŞ-yə daxil ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













