Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
apr
2026
16:30
0
0
1 005
ff aaaaaaa

Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib

30 apr, 2026
16:30
1 005

Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib

Rusiyada "Rospotrebnadzor"un sorğusu əsasında Ermənistanın təxminən 1,1 milyon şüşədən ibarət "Cermuk" mineral suyunun satışı məhdudlaşdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiyanın RBK agentliyinə "Rospotrebnadzor"un (Rusiya Federasiyasının İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, satışa qadağa 2025-ci il oktyabrın 23-dən 2026-cı il martın 27-dək buraxılmış yeni əmtəə partiyalarının yoxlanışının nəticələrinə əsasən tətbiq edilib.

Qurumdan bildirilib ki, nümunələrin laborator tədqiqatları onların məcburi normativ tələblərə uyğun gəlmədiyini göstərib. Tədbirlər istehlakçıların həyat və sağlamlığına potensial təhlükənin qarşısını almaq məqsədilə görülüb.

Daha əvvəl, aprelin 27-də 338 min şüşənin satışı dayandırılmışdı. RBK qeyd edib ki, beləliklə, müvəqqəti məhdudiyyət tətbiq edilən məhsulların ümumi sayı 1,4 milyon ədədə çatıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul