sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada Müdafiə Nazirliyinin keçmiş əməkdaşı rüşvət ittihamı ilə saxlanılıb
Rusiyanın Müdafiə Nazirliyinin Əşya Təminatı Xidmətinin keçmiş rəisi, “Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik saxlanılıb.
Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
O bildirib ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi onun barəsində külli-miqdarda rüşvət alma maddəsilə həbs-qətimkan tədbiri seçib. İstintaq materiallarına görə, V. Demçik ümumilikdə 4 milyon rubl məbləğində vəsaiti rüşvət qismində əldə edib.
Məlumata görə, onun rəhbəri olduğu şirkət “Çaykovskiy Tekstil” Şirkətlər Qrupuna daxildir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
