Rusiyalı deputatın sifariş verdiyi qətlin təfərrüatı məlum olub
Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Sergey İonov Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.
Məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar verib. Ancaq ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Dmitri Savelyev qisas almaq niyyətindən vaz keçməyib, cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl ödəyib. Bu, ödənilən qisim çıxıldıqdan sonra vurulan ziyanla müqayisədə 10 dəfədən çoxdur.
Qeyd edək ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rubl (100 min dollar) qonorarı qatilə verib.
Oxşar xəbərlər
Sosial ödənişlər proaktiv təyin ediləcək
Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib
Ukrayna XİN başçısı Çinə səfər edəcək
Narışkin: Aleksey Navalnı öz əcəli ilə ölüb
Aleksey Navalnının nəşi anasına verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
