Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Sizinxeber.az-ya verilən xəbərə görə, başçəkmənin məqsədi saxlanılma şəraitinin və rəftar məsələlərinin, müəssisədə saxlanılan şəxslərin daxili intizam qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi, habelə daxil olmuş müraciətlərin yerində qəbulu və araşdırılması olub.
Başçəkmə zamanı qadın məhkumların hüquqlarının təmini vəziyyəti yoxlanılıb, kollektiv və fərdi şəkildə müraciətləri dinlənilərək, qeydə alınıb və onlara hüquqi məsləhətlər verilib.
Eləcə də Milli Preventiv Qrupun üzvləri tərəfindən məhkumlarla cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin qarşılaşdıqları çətinliklər və onların sosial ehtiyaclarının həllinə yönəlmiş maarifləndirici söhbətlər də aparılıb.
Oxşar xəbərlər
Ombudsman erməni əsirliyindən azad edilmiş hərbi qulluqçularla görüşüb
Naxçıvanda seçki hüququ ilə bağlı seminar keçirilib
İstanbulda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib - FOTO
Sabahın hava proqnozu
FHN: Ötən sutka 21 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













