15
avq
2025
08:50

yuxarı
Kurskda PUA hücumu nəticəsində 1 qadın ölüb, 6 nəfər yaralanıb

Kurskda PUA hücumu nəticəsində 1 qadın ölüb, 6 nəfər yaralanıb
Rusiyanın Kursk bölgəsində yaşayış binasına pilotsuz uçuş aparatı zərbəsi nəticəsində bir qadın ölüb, 6 nəfər yaralanıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat yayıb.
Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisədən sonra avtomobillər bir neçə avtomobil və binanın 4 mərtəbəsi alova bürünüb.