Stiv Uitkoff Moskvaya gedib - YENİLƏNİB
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvaya gedib.
APA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Uitkoffu Vnukovo hava limanında Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.
Məlumata görə bu gün, ABŞ prezidentinin ultimatumunun bitməsinə iki gün qalmış Uitkoff ilə Rusiya nümayəndələri arasında danışıqlar aparılmalıdır.
***
00:43
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff çərşənbə günü Rusiya rəhbərliyi ilə görüşmək üçün Moskvada olacaq.
APA xəbər verir ki, bu haqda “Reuters” adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmy Bryus da Uitkoffun bu həftə Rusiyaya səfər edəcəyini təsdiqləyib.
Qeyd edək ki, TASS xəbər agentliyi mənbələrə istinadən göyərtəsində Uitkoffun olduğu güman edilən təyyarənin artıq Rusiyaya doğru yola düşdüyü barədə məlumat yayıb.
Oxşar xəbərlər
KİV: Uitkoff çərşənbə günü Moskvada Rusiya rəhbərliyi ilə görüşəcək
Trampın nümayəndəsi Uitkoff bu həftə Rusiyaya səfər edəcək
Uitkoff: İran-ABŞ danışıqları çox müsbət və konstruktiv olub
Tramp: Uitkoff uğurlu görüş keçirib
Ağ Ev Trampın xüsusi nümayəndəsinin Moskvaya səfər etdiyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
