Ağ Ev Trampın xüsusi nümayəndəsinin Moskvaya səfər etdiyini təsdiqləyib
Rusiya Trampın xüsusi nümayəndəsi ilə danışıqlardan sonra narkotikə görə məhkum edilmiş ABŞ-nin keçmiş diplomatını azad edib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Fogeli azad edib.
Rusiya mətbuatı yazır ki, keçmiş diplomatın azadlığa buraxılmasını Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təmin edib.
Rusiya tərəfi nə Uitkoffun gəlişini, nə də Fogelin azad edilməsini təsdiqləyib.
ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts "X" sosial şəbəkəsində Rusiya ilə məhbus mübadiləsi danışıqları haqqında bəyanat yayıb.
"Bu gün Prezident Donald Tramp və onun xüsusi nümayəndəsi Stiv Uitkoff bəyan edir ki, cənab Uitkof Rusiyada saxlanılan amerikalı Mark Fogellə birlikdə Rusiya hava məkanını tərk edir. Prezident Tramp, Stiv Uitkof və prezidentin müşavirləri Rusiyanın xoşməramlı jesti olan mübadilə haqqında danışıqlar aparıblar, hansı ki, bu, Ukraynadakı qəddar və dağıdıcı müharibəni bitirmək üçün düzgün istiqamətdə hərəkət etdiyimizi göstərir" - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Fogel 2021-ci ildə həyat yoldaşı ilə birlikdə içərisində həşiş və marixuana olan 14 elektron siqaret kartriclə hava limanında saxlanılıb.
Oxşar xəbərlər
Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ və Rusiya arasında məhbus mübadiləsi olub, "Wall Street Journal"ın müxbiri azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp hesab edir ki, Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə dialoq lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çinin xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












