"Krokus Siti Holl"da terror aktında ölənlərin yarısı yanğın nəticəsində həyatını itirib
Moskvada "Krokus Siti Holl" konsert zalında törədilən terror aktı nəticəsində həlak olanların yarısı yanğının təsirindən həyatını itirib
Sizinxeber.az-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu, istintaq materiallarında əksini tapıb.
"Krokus Siti Holl"-da ölümlərin əsas səbəbləri
İstintaq sənədlərində göstərilir ki, ümumilikdə 149 nəfər həyatını itirib və onlardan 70 nəfəri heç bir güllə yarası almadan yanğın zamanı boğularaq və ya yüksək temperaturdan nəfəs yollarının zədələnməsi nəticəsində dünyasını dəyişib. Ölüm səbəbi olaraq termoinqalyasiya travması və karbonmonoksid (zəhərli qaz) ilə zəhərlənmə göstərilir.
1971 nəfər real ölüm təhlükəsi ilə üzləşib
Digər şəxslər isə əsasən odlu silah yaraları nəticəsində həyatını itirib və bəzilərinin ölüm səbəbini müəyyən etmək mümkün olmayıb. Məlumatlara görə, terror zamanı konsert zalında 2000-ə qədər insan olub. İstintaq sənədlərində vurğulanır ki, hadisə baş verən zaman "Krokus Siti Holl"da olan 1971 nəfər real ölüm təhlükəsi ilə üzləşib, lakin onların təxminən 1700 nəfəri sonradan tibbi yardıma müraciət etməyib.
Qeyd edək ki, “Crocus City Hall”da terror aktı 22 mart 2024-cü ildə Moskva vaxtı ilə 20:00-da baş verib. Hücum kütləvi atışma və partlayışlarla müşayiət olunub. Hücum edənlər konsert salonunda dinc insanlara atəş açıb, zalı yandırıb, sonra isə binanı tərk edərək avtomobillə qaçıblar.
Hücumu dörd silahlı şəxs həyata keçirib, onların hamısı Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutulub və istintaqa cəlb olunub.
Moskva məhkəməsi “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı 18 nəfərin həbsi barədə qərar verib. Crocus”a hücumdan sonra terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.


width="220" alt="Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub" />
width="220" alt="“Krokus siti holl”da ölənlərin sayı 82-ə çatıb" />
width="220" alt="Moskva teraktı: Bir azərbaycanlı həlak oldu" />
width="220" alt="Nigeriyada silahlı hücumlar nəticəsində 23 nəfər həyatını itirib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />