Sizinxeber.az » DÜNYA » MDB » Suriya iqtisadiyyatının inkişafında Rusiyanın rolu müzakirə olunub

Suriya iqtisadiyyatının inkişafında Rusiyanın rolu müzakirə olunub

Suriya iqtisadiyyatının yenidən qurulmasında Rusiyanın iştirakının yolları haqqında iki ölkə arasında fikir mübadiləsi aparılıb.

Sizinxeber.az xəbər verir ki, Moskvada keçirilən görüşdə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun suriyalı həmkarı Əsəd əl-Şeybani iki ölkə əlaqələrinin inkişafını müzakirə ediblər.

Görüşdən sonra keçirilən mətbuat konfransında tərəflər iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə dəstəklərini ifadə ediblər.

Rusiya XİN rəhbəri Sergey Lavrov Suriyanın geosiyasi münaqişələr üçün platformaya çevrilməsinin əleyhinə olduğunu bildirib və ölkəsinin Suriya prezidentinin problemləri həll etmək üçün göstərdiyi səylərə dəstəyini dilə gətirib.

Lavrov Suriyada seçkilərin keçirilməli olduğunu və bunun ölkə əhalisinin birliyinə töhfə verəcəyini deyib.

Son zamanlarda baş verən ölkədaxili münaqişələrə toxunan Suriya xarici işlər naziri Əsəd əl-Şeybani vurğulayıb ki, Suriya ölkədəki azlıqların İsrail tərəfindən istifadə olunaraq ölkəni parçalamasına icazə verməyəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !