Kamçatkada zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb - VİDEO
sizinxeber.az xəbər saytı

Kamçatkada zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb - VİDEO


“Klyuçevaya sopka” vulkanı Kamçatkada baş vermiş güclü zəlzələdən sonra püskürməyə başlayıb.

Sizinxeber.az Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən xəbər verir ki, Kamçatkada 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb.

“Hazırda “Klyuçevaya sopka” püskürür”, – deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda bildirilib və hadisəyə dair görüntülər də paylaşılıb.

Qeyd edək ki, “Klyuçevaya sopka” vulkanı Avrasiya ərazisində ən hündür aktiv vulkan hesab olunur. Vulkan Ust-Kamçatsk rayonunun Klüçi qəsəbəsindən 30 km aralıda yerləşir. Qəsəbədə təxminən 4 500 nəfər əhali yaşayır.

Xatırladaq ki, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Oxşar xəbərlər

Kamçatkada zəlzələdən sonra “Klyuçevaya sopka” vulkanı püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamçatkada zəlzələdən sonra "Klyuçevskaya sopka" vulkanının püskürməsi qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamçatkada zəlzələnin maqnitudası 8,7-yə çatıb, sunami xəbərdarlığı elan olunub - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kuril adalarında yerləşən Ebeko vulkanı yenidən püskürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanda vulkan püskürüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər