Kamçatkada zəlzələnin maqnitudası 8,7-yə çatıb, sunami xəbərdarlığı elan olunub - YENİLƏNİB-1
Kamçatkada qeydə alınan zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.
“Az əvvəl Kamçatka seysmik ocaqlar zonasındakı ən güclü zəlzələ baş verdi. Fərqli qiymətləndirmələrə əsasən, maqnitudası 8,7-ə qədər çatır. Bu, şübhəsiz ki, qeyri-adi və əlamətdar hadisədir”, – deyə məlumatda qeyd olunur.
***
Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
APA TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.
Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.
İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
***
Kamçatka bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. İlkin məlumatlara əsasən, zəlzələ şəhərdə 6 bal gücündə hiss olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sonradan təkanların gücünü 7–8 bal arasında qiymətləndirib.
Oxşar xəbərlər
Kamçatkada 8,7 bal gücündə zəlzələ sunamiyə səbəb olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamçatkada 7,1 bal gücündə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada 5,6 maqnitudalı zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada daha bir zəlzələ baş verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












