Sizinxeber.az » DÜNYA » MDB » Rusiyalı yazıçı Boris Akuninə 14 il qiyabi həbs cəzası verilib - YENİLƏNİB

Rusiyalı yazıçı Boris Akuninə 14 il qiyabi həbs cəzası verilib - YENİLƏNİB

Rusiyalı yazıçı Boris Akunin terrorizmə çağırış və Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, axtarışa verilən yazıçı barəsində məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəkməklə 14 il qiyabi həbs qərarı çıxarıb.

***

15:33

Prokuror rusiyalı yazıçı Boris Akuninin qiyabi 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, terrorçuluğa haqq qazandırmaq və digər cinayətlərdə qiyabi ittiham olunan Akuninin işi üzrə məhkəmə keçilib. Dövlət ittihamçısı yazıçının 18 il qiyabi həbsini məhkəmədən xahiş edib.

Prokuror Akuninin 400 min rubl cərimələnməsini də istəyib.

Qeyd edək ki, Akunin Ukrayna ilə müharibənin əleyhinə çıxıb. Rusiya İstintaq Komitəsi yazıçının Rusiya Federasiyasının konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinin zəruriliyini bəyan etdiyini və Ukraynanın "terror fəaliyyətinə" haqq qazandırdığını açıqlayıb.

"Qriqori Çxartişvili 2024-cü ildə məhkəmə tərəfindən iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozmaqda təqsirli bilinib. Buna baxmayaraq, o, Rusiya qanunvericiliyinə məhəl qoymayaraq, xarici agentlərə qoyulan məhdudiyyətləri pozmaqda davam edib", - İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib. Akunin Rusiya Federasiyasında xarici agent kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !