Sizinxeber.az » DÜNYA » MDB » Dağıstanda güclü yağışdan sonra 15 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

Dağıstanda güclü yağışdan sonra 15 yaşayış məntəqəsi ilə əlaqə kəsilib

Dağıstanın dağlıq ərazilərində son günlər yağan leysandan sonra daşqın, sel və sürüşmə səbəbilə bir neçə yol bağlanıb. 15 kənd nəqliyyat əlaqəsi olmadan qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Rutul rayonunda leysan yağışları nəticəsində Mikik və Cınıx qəsəbələri arasında yol örtüyünə palçıq yığılıb, 11 yaşayış məntəqəsi ilə yağıntılar səbəbilə əlaqə kəsilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, şiddətli yağışlar Çıraqçay çayı üzərində Rıça kəndi yaxınlığındakı dəmir körpünün uçmasına səbəb olub. Nəticədə üç kəndlə əlaqə kəsilib. Bərpa işlərinə isə yalnız çayda suyun səviyyəsi azaldıqdan sonra başlanılacaq.

Yağışlar nəticəsində Gəlxen kəndi yaxınlığındakı yolun örtüyü də yuyularaq kəndi əlaqəsisiz qoyub. Bərpa işlərinin bazar ertəsi başlaması planlaşdırılır.

Tsuntinski rayonunda Hamaitli və Tlyatsuda qəsəbələri arasında yerləşən Kidero - Şauri - Aqvali yolu isə qaya uçması səbəbilə bağlanıb. Yaşayış məntəqələrinə Bejta hissəsindən dolama yol var.

Bundan əvvəl sinoptiklər iyulun 26-dan 28-dək Dağıstanda güclü yağış, leysan, tufan, dolu və küləyin sürətinin 23 m/s-ə çatacağını proqnozlaşdırmışdılar.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !