Zelenski: Rusiya bizə ancaq uzunmüddətli müharibə və sanksiyalarsız qalib gələ bilər
Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya onun ölkəsinə qarşı yalnız müharibə uzun illər davam etsə və Qərbin sanksiyaları olmasa qalib gələ bilər.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə o, “ABC News” telekanalına müsahibəsində bildirib.
"Dünyada birlik olsa və dünya bizim tərəfimizdə olsa, Putin müharibədə hec cür qalib gələ bilməz. Bu, mümkün deyil. Buna görə də o, ancaq çox-çox, uzun illər davam edən müharibə və sanksiyalarsız olsa, qalib gələ bilər. Onun həqiqətən də istədiyi budur, çünki bu müharibə üçün ona pul lazım olacaq və Putin ölənə qədər Kremldə oturmaq istəyir. Bu, onun məqsədidir", - Ukrayna lideri bildirib.
Zelenski həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı neft və enerjidən asılıdır, ona görə də bu sahələrə qarşı sanksiyaların mümkün qədər tez tətbiq edilməsi lazımdır.
Oxşar xəbərlər
Ukrayna Prezidenti: ABŞ bizə lazım olan dəstəyi vermir
Volodimir Zelenski: Müharibə genişlənir, sülhün mümkünlüyü azalır
Zelenski: Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir
Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
