Zelenski: ABŞ Ukrayna üçün nəzərdə tutulan 20 min raketi Yaxın Şərqə göndərib
ABŞ əvvəllər Ukraynada “Şahid”lərlə (PUA) mübarizə üçün istifadə edilməsi planlaşdırılan 20 min raketi Yaxın Şərqə ötürüb.
"Sizinxeber.az"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “Şahid”lərlə (mübarizədə-red) böyük problemlər var, lakin Ukrayna bununla mübarizə aparır və onları məhv etmək üçün vasitələr axtarır. "Ancaq biz bir şey tapdıq və qərar verdik - məncə, bu, əvvəlki administrasiyanın dövründə idi, onda müdafiə naziri (Lloyd-red) Ostin idi. Onunla bir layihə üzərində qərar verdik, bu layihəyə ümid edirdik.
"Şahid"lərə qarşı döyüşmək üçün 20 min raket. Bu, ucuz idi, amma xüsusi texnologiyadır. Biz həmin 20 min raketə ümid edirdik. Bu səhər müdafiə nazirim mənə ABŞ-nin onları Yaxın Şərqə göndərdiyini söylədi", - Zelenski deyib.
İyunun 5-də “The Wall Street Journal” qəzeti yazıb ki, Tramp administrasiyası Ukraynanın Rusiyanın pilotsuz təyyarələrini vurmaq üçün istifadə etdiyi raket detonatorlarını ABŞ ordusuna yönləndirmək qərarına gəlib. Nəşr qeyd edib ki, Pentaqon ötən həftə Konqresə detonatorların ABŞ Hərbi Hava Qüvvələrinin hazırda Yaxın Şərqdəki bölmələrinə verildiyini bildirib.
Oxşar xəbərlər
Zelenski: ABŞ Baydenin Ukraynaya vəd etdiyi 20 min raketi Yaxın Şərqə göndərib
Zelenski: ABŞ-nin siyasəti dəyişsə, Ukrayna üçün çox çətin olacaq
Zelenski təslim oldu: Onlar da orduya cəlb edilir!
Zelenski: ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək
Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
