Zelenski: ABŞ-nin siyasəti dəyişsə, Ukrayna üçün çox çətin olacaq
ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra Vaşinqton Kiyevə dəstəyi dayandırsa, bu, Ukrayna üçün çox çətin olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Times of India" qəzetinə müsahibəsində deyib.
“ABŞ-nin siyasətindən çox şey asılıdır. Mənə elə gəlir ki, hər şeyin ABŞ seçkilərindən asılı olduğunu söyləmək çox dərin təhlil deyil. Ukraynada müharibənin başlanması və millətimizin müqavimət göstərməsi ABŞ də daxil olmaqla müttəfiqlərin dəstəyi olmadan baş verib", - o bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-nin yeni prezidenti kimin olacağını söyləmək çətindir.
Zelenski etiraf edib ki, əgər ABŞ-nin siyasəti dəyişərsə və Vaşinqton Ukraynanı dəstəkləmədiyini söyləyərsə, Ukrayna üçün çox çətin olacaq. "Amma bu, siyasət tamamilə dəyişərsə. O zaman bununla nə edəcəyimizi düşünəcəyik", - o bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Zelenski: ABŞ-də keçiriləcək seçkilərə qədər Ukraynada döyüşlər bitməyəcək
Zelenski "qələbə planı"nı təqdim etmək üçün Brüsselə gedib
Zelenski Kurska hücumun məqsədini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
