KİV: İran Çindən yüzlərlə ballistik raket üçün komponentlər sifariş edib
İran hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlər üçün minlərlə ton komponent sifariş edib.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, Tehran potensial olaraq 800-ə qədər raket istehsal etmək üçün kifayət qədər ammonium perxlorat sifariş edib. Bu material bərk yanacaqla işləyən raketlərin istehsalı üçün istifadə olunur.
Nəşrin məlumatına görə, ammonium perxlorat partiyasının yaxın aylarda İrana gətiriləcəyi gözlənilir. Mənbələr bildirirlər ki, tədarük ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Ayətullah Əli Xameneiyə nüvə danışıqları təklif etdiyinə dair mart bəyanatından bir neçə ay əvvəl razılaşdırılıb.
Ammonium perxloratı İranın “Pishgaman Tejarat Rafi Novin Co.” təşkilatı Honkonq qeydiyyatlı “Lion Commodities Holdings Ltd.” şirkətindən sifariş edib.
WSJ-nin mənbələrindən biri bildirib ki, bu yükün bir hissəsi Yəməndəki husilərə verilə bilər. Materialın böyük hissəsi İranda qalacaq.
Oxşar xəbərlər
KİV: İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib
ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
Sky: İrana raket imkanlarını bərpa etmək üçün bir il vaxt lazımdır
İranın müvəqqəti işlər vəkili Ukrayna XİN-ə çağırılıb
ABŞ ballistik raketləri dəf etmək üçün İsrailə THAAD sistemi verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
