Kiyev Rusiyanın nizamlanmaya dair memorandumunu öyrənmək niyyətindədir
sizinxeber.az xəbər saytı

Kiyev Rusiyanın nizamlanmaya dair memorandumunu öyrənmək niyyətindədir


Kiyev Rusiyanın nizamlanma memorandumunu öyrənəcək və orada göstərilən müddəalara cavab verəcək.

“Sizinxeber.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

“Rusiyanın sənədinə gəlincə, biz əvvəlcə onunla tanış olmalı və onu dəyərləndirməliyik. Əmin olun, bu sənədə münasibətimizi bölüşəcəyik”, - o deyib.

Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov isə bildirib ki, Rusiyanın memorandumu ilə tanış olmaq üçün Ukrayna nümayəndə heyətinin bir həftə vaxtı olacaq.

Oxşar xəbərlər

Umerov: Kiyev Rusiyanın nizamlanmaya dair memorandumunu öyrənmək niyyətindədir
Umerov: Kiyev öz memorandumunu Moskvaya təqdim edib
Ukrayna nümayəndə heyəti İstanbulda Avropa rəsmiləri ilə görüşüb
Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır - YENİLƏNİB 2
Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər