Annalena Berbok BMT Baş Assambleyasının Prezidenti seçilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
20:00

Annalena Berbok BMT Baş Assambleyasının Prezidenti seçilib

02 in, 2025
20:00
745

Annalena Berbok BMT Baş Assambleyasının Prezidenti seçilib

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, o, Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın, ümumilikdə isə bu vəzifəyə seçilmiş beşinci qadın olacaq.

Səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayaraq rəqibi Helga Şmidti geridə qoyub.

Yeni seçilmiş prezident çıxışında ona dəstək verən dövlətlərə təşəkkürünü bildirib və fəaliyyət dövründəki əsas prioritetlərini açıqlayıb.

Onun sözlərinə görə, təşkilatın 21-ci əsrin tələblərinə uyğunlaşdırılması və üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulması başlıca məqsədlərindən biri olacaq. Berbok eyni zamanda, “Gələcək üçün Pakt”ın əhəmiyyətini vurğulayıb və BMT-nin hər kəsi əhatə edən qlobal təşkilat kimi gücləndirilməsinin vacibliyini qeyd edib.

Berbok sentyabr ayında vəzifəsinin icrasına başlayacaq və bir il ərzində BMT Baş Assambleyasına rəhbərlik edəcək.

Bizimlə əlaqə saxlayın