Annalena Berbok: İqlim maliyyələşdirilməsi emissiyalar azaldılmadan işləmir
İqlim maliyyələşdirilməsi karbon emissiyaları azaldılmadan işləmir, emissiyaların azaldılması isə iqlim maliyyəsi tələb edir.
"Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Bakıda COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“COP29-un ilk növbədə maliyyə konfransı olduğu lap əvvəldən aydın idi. Əsas mövzular iqlim normaları çərçivəsində 2035-ci ilə qədər həyata keçirilməli olan adaptasiya tədbirləri, zərər və itkilər də daxil olmaqla, böyük iqlim problemlərinin öhdəsindən necə gələ biləcəyimizlə bağlıdır”, - o bildirib.
Almaniyalı nazir vurğulayıb ki, karbon qazı tullantılarını azaltmadan iqlimin maliyyələşdirilməsi effektiv olmayacaq. "Qlobal istiləşməni 1,5 dərəcədən aşağı həddə saxlamaq hədəfinə tez bir zamanda yaxınlaşmasaq, dünyaya dəymiş ziyanı ödəyə bilməyəcəyik. Qlobal istiləşmə dərəcəsinin hər onda biri zərəri getdikcə bahalaşdırır. Məhz buna görə Avropa nümayəndə heyətinə Dubayda iqlim dəyişikliyinin təsirinin yumşaldılması məsələlərində əldə edilmiş irəliləyişləri qeydə almaq və onlardan iqlim maliyyələşdirilməsinin daha da inkişaf etdirilməsi üçün istifadə etmək vacib idi”, - o qeyd edib.
A.Berbok həmçinin beynəlxalq ictimaiyyətin iqlim problemlərini həll etmək və itkiləri minimuma endirmək üçün birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Annalena Berbok: Almaniya beynəlxalq iqlim maliyyələşdirilməsinə yeni yanaşmanı dəstəkləyir
İnger Andersen: 1,5 dərəcə hədəfinə çatmaq üçün emissiyaları gələcəkdə xeyli azaltmaq lazımdır
Berbok: İqlim dəyişikliyi problemindən çıxış üçün adaptasiya planlarını təsdiqləməliyik
Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik
İmon Rayan: COP danışıqçılarının insanlara ümid verməsi vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













