Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İranın obyektlərinə zərbələrin endirilməsinə qarşı çıxıb
sizinxeber.az xəbər saytı

Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı İranın obyektlərinə zərbələrin endirilməsinə qarşı çıxıb


Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani, BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ABŞ Prezidenti Donald Trampla görüşləri zamanı İranın nüvə obyektlərinə zərbə endirilməsinə qarşı çıxıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələr bildiriblər ki, onlar İsrail və ya ABŞ-nin İranın nüvə obyektlərinə mümkün zərbələrinə qarşı çıxaraq, Trampı yeni nüvə sazişinə nail olmağa çağırıblar. Liderlər ABŞ-nin mümkün hücumu səbəbindən ölkələrinin İranın cavab zərbəsinin hədəfinə çevrilə biləcəyindən narahatlıq ifadə ediblər, çünki həmin ölkələrin ərazisində ABŞ-nin hərbi bazaları yerləşir.

“Axios”un iddiasına görə, Qətər əmiri Trampa deyib ki, belə bir ssenaridə ən çox Körfəz ölkələri zərər çəkəcək.

Səudiyyə Ərəbistanı və Qətər İsrailin İrana mümkün zərbəsi ilə də bağlı narahatlıq ifadə edib.

Oxşar xəbərlər

Ər-Riyadda ABŞ və Körfəz ölkələrinin sammiti başlayıb
Bayden dekabrda İranın nüvə obyektlərinə mümkün zərbəni müzakirə edib
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
KİV: İsrail İranın nüvə obyektlərinə hücumlardan çəkinəcək
Suriyanın yeni lideri ilk xarici səfərini edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər