BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır
sizinxeber.az xəbər saytı

BMT yeni dönəmdə Suriyaya dəstək verməyə hazırdır


Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen, Suriyanın Bəşər Əsəd rejiminin devrilməsindən sonra keçid dövründə üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün dəstək verməyə hazır olduqlarını bildirib.

APA xəbər verir ki, Pedersen Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Suriya toplantısı ilə bağlı yazılı açıqlama verib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın dəvəti ilə Ər-Riyaddakı toplantıya qatıldığını deyən Pedersen, Suriya xalqına güclü dəstək mesajını və bu kritik dövrdə Suriyadakı müvəqqəti hökumət rəsmilərinə yardım etmək istəyini alqışladığını bildirib.

“Mən BMT-nin bu tarixi fürsət və çətinliklərə sinə gəlməkdə Suriya və onun xalqını dəstəkləməyə hazır olduğumu bir daha təsdiqləyirəm”, - deyə o bildirib.

Oxşar xəbərlər

Bayden: Bu Suriya xalqına daha yaxşı gələcək qurmaq üçün tarixi bir fürsətdir
Türkiyə və Suriya XİN rəhbərləri Ər-Riyadda görüşüb
Türkiyə və Suriya XİN rəhbərləri Riyadda görüşüb
Hakan Fidan Ər-Riyadda Suriya ilə bağlı iclasda iştirak edəcək
Quterreş: Suriya xalqı tarixi fürsətlə üzləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle