BMT Baş katibinin nümayəndəsi: ABŞ və Aİ-də islamofobiya güclənir
Avropa İttifaqı (Aİ) ölkələrinin paytaxtlarında və ABŞ-də islamofobiya güclənir, buna görə də BMT-nin vəzifəsi İslamın mahiyyətini izah etməkdir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos TASS-a müsahibəsində bildirib.
"Avropa İttifaqının əsas paytaxtlarında və hətta Birləşmiş Ştatlarda islamofobiya güclənir. Niyə? Çünki İslamın nə olduğu haqqında bilik çatışmır. Həddindən artıq manipulyasiya, anlaşılmazlıq var", - o qeyd edib.
Bu yaxınlarda BMT-nin Baş katibi tərəfindən islamofobiya ilə mübarizə üzrə xüsusi elçi təyin edilmiş Moratinos deyib ki, onun vəzifəsi İslamın nə olduğunu izah etmək üçün bütün əsas tərəflərlə işləməkdir.
"İslam xristianlıq və ya iudaizm kimi bir etiqaddır. Bu, daxili mənəviyyata aparan yoldur", - o vurğulayıb.
Oxşar xəbərlər
BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
BMT-nin Ali nümayəndəsi: Beynəlxalq ictimaiyyət son 80 ildə inanılmaz dərəcədə parçalanıb
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
