ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
ABŞ, Vaşinqton və Tehran arasında İranın nüvə problemi ilə bağlı dolayı danışıqların davam etməsinə baxmayaraq, İranbağlı sanksiyaları genişləndirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat verib.
"Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları və Tədqiqatları Təşkilatı ilə əlaqəli üç İran vətəndaşına və bir İran təşkilatına qarşı sanksiyalar tətbiq edir. Bu təşkilat fars dilində SPND abreviaturası ilə tanınır və 2004-cü ilə qədər İranın nüvə silahı yaratma proqramının, həmçinin Amad layihəsi kimi tanınan proqramın varisidir", - Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.
Sənəddə qeyd olunur ki, sanksiyalara məruz qalan hər kəs "kütləvi qırğın silahlarının yayılmasına töhfə verən və ya töhfə vermək riski daşıyan fəaliyyətlərdə iştirak edir".
"ABŞ-nin hərəkətləri SPND-nin nüvə silahı üzrə tədqiqat və inkişaf qabiliyyətini ləngitmək və zəiflətməyə yönəlib", - bəyanatda vurğulanır.
Rubioya görə, ABŞ hazırkı sanksiyalarla İranın nüvə silahı əldə etməsini qabaqlamaq niyyətindədir.
Oxşar xəbərlər
Oman XİN: Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər
Britaniya nüvə proqramına görə İrana qarşı sanksiyaları genişləndirməyə hazırdır
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
Blinken İranın nüvə bombası yaratması üçün mümkün vaxt çərçivəsini açıqlayıb
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
