Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2025
21:00

Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır

21 may, 2025
21:00
782

Rubio: Münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır

Yanlışlıqların və münaqişələrin qarşısını almaq üçün ABŞ Rusiya ilə danışıqlar aparmalıdır, lakin şərtlər dəyişərsə, ikitərəfli dostluq münasibətləri yaxşılaşacaq.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.

O, “Hər bir dövlət katibinin sülhün heç vaxt dostlarla deyil, düşmənlərlə bağlandığını xatırlayırsınızmı?” sualına cavab olaraq məhz elə bu səbəbdən, Ukrayna məsələsi bir kənara, Birləşmiş Ştatlar və Rusiya arasında müəyyən səviyyədə təmasların olduğunu söyləyib.

“Açığı, planetin iki ən böyük nüvə gücünün bir-biri ilə ünsiyyət qurmaması məsuliyyətsizlikdir, bu, üç ildir (Bayden administrasiyasının dövründə) baş verənlərdir. Bu, o demək deyil ki, biz onların müttəfiqi və ya dostu olacağıq Amma yanlışlıqların və müharibələrin qarşısını almaq üçün biz onlarla təmasda olmalıyıq”, - o, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

Bizimlə əlaqə saxlayın